Şimali Kipr sahillərində sərnişin gəmisi batdı-Ölənlər var -YENİLƏNİB
30 avqust 2026 16:01 (UTC +04:00)

Şimali Kipr sahillərində sərnişin gəmisi batdı-Ölənlər var-YENİLƏNİB

0

Şimali Kipr sahillərində batan gəmi ilə bağlı xilasetmə əməliyyatı davam edir.

Lent.az APA-ya istinadən xəbər verir ki, Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Baş naziri Ünal Üstel xilasetmə işləri üçün bütün imkanların səfərbər edildiyini bildirib.

ŞKTC Baş naziri gəminin batması nəticəsində ölənlərin də olduğunu qeyd edib.

Girnə Bələdiyyə sədri Murat Şenkul 160 nəfərin xilas edildiyini, hazırda onların limana gətirildiyini bildirib.

 

***

saat 15.07

Şimali Kipr sahillərində sərnişin gəmisi batıb.

Lent.az xəbər verir ki, bu barədə Türkiyənin NTV telekanalı məlumat yayıb.

Gəmi Girnə şəhəri sahillərində, limandan ayrıldıqdan qısa müddət sonra, sahildən 4 mil (6,44 kilometr) uzaqlıqda öncə yana yatıb, daha sonra sürətlə batıb. Özəl şirkətə məxsus gəmi Girnə-Mersin marşrutu ilə hərəkət edirmiş.

Gəmidə 8-i heyət üzvü, 259 sərnişin olub.

Xilasetmə işlərinə 1 vertolyot, Sahil Mühafizə Xidmətinin 4 qayığı cəlb edilib.

Sahildəki özəl qayıqlar da xialsetmə əməliyyatında iştirak edir.

Şimali Kipr Türk Cümhuriyyəti ictimai işlər və nəqliyyat naziri Erhan Arıklı indiyə qədər 10 nəfərin xilas edildiyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 388

Oxşar yazılar