İrana görə Almaniyada iki nəfər tutulub
20 fevral 2013 22:28 (UTC +04:00)

İrana görə Almaniyada iki nəfər tutulub

Almaniya prokurorluğu ölkədə istehsal olunan onlarla mühərrikin qaçaq yolla İrana ötürməkdə iki nəfəri suçlandırıb.

 

Lent.az-ın «MIGnews»-a istinadən məlumatına görə, bu mühərriklər pilotsuz uçan aparatların istehsalında istifadə olunur.

 

Federal prokurorluğun mətbuat katibi Markus Keller fevralın 20-də bildirib ki, 30 yaşlı İran və Almaniya vətəndaşı, eləcə də 54 yaşlı İran vətəndaşı Almaniyanın ixracat qanunlarını pozmaqda ittiham olunurlar.

 

Adları açıqlanmayan bu şəxslərin günahı təsdiqlənərsə, o zaman onlar 15 ilədək azadlıqdan məhrum edilə bilər. 

# 836
avatar

Oxşar yazılar