Tatarıstanda "nurçular" təqib olunur
17 fevral 2013 03:22 (UTC +04:00)

Tatarıstanda "nurçular" təqib olunur

Tatarıstanda qadağan edilmiş “Nurçular” adlı dini qrupun üzvləri həbs edilib.

Lent.az-ın məlumatına görə, Rusiya mətbuatı bu günlərdə 23 ünvanda onların izi ilə bağlı axtarış aparıldığını yazıb.

Əməliyyat zamanı milyon rubldan artıq pul, ekstremist materiallar və türkiyəli dindar Said Nursinin tatar, rus və türk dillərində  kitabları aşkar edilib.

Rusiyanın Ali Məhkəməsi 2008-ci il aprelin 10-da “Nurçular” təşkilatının ölkədə fəaliyyətini qadağan edib.

 

# 1437
avatar

Oxşar yazılar