Volodimir Zelenski
18 mart 2022 09:37 (UTC +04:00)

Volodimir Zelenski

Zelenskiyə Nobel sülh mükafatı veriləcək?

Ukrayna Prezidenti Volodimir Zelenskinin Nobel Sülh Mükafatına namizədliyi irəli sürülüb. 

Lent.az-ın məlumatına görə, bu barədə avropalı siyasətçilər mükafat komitəsinə müraciət ediblər.

Həmin müraciətdə bildirilir:

“Cəsarətli ukraynalı kişilər və qadınlar demokratiya və özünüidarəni qorumaq üçün mübarizə aparır. Ukraynanın demokratik yolla seçilmiş Prezidenti Volodimir Zelenskidən tutmuş, ölkəsi uğrunda döyüşmək üçün ailəsi ilə göz yaşları içində vidalaşan adama qədər. Ukraynanın hər yerində insanlar qüvvələrə qarşı döyüşür. Bizim şəfqət və dəstək sözlərimiz insan haqları və sülh prinsipləri naminə verdikləri fədakarlıqların ədalətini bərqərar edə bilmir”.

Qeyd edək ki, namizədlərin təqdim olunması üçün vaxt fevralın 1-ə qədər  idi. Lakin avropalı siyasətçilər Zelenskinin namizədliyində israrlı olduqları üçün bu müddəti martın 31-dək uzatmağı xahiş ediblər:

“Biz bunun prosedur pozuntusu olduğunu başa düşsək də, hesab edirik ki, bu pozuntu indiki misli görünməmiş vəziyyətlə əsaslandırılır. Bizim demokratik borcumuz avtoritarizmə müqavimət göstərmək, demokratiya və özünüidarə hüququ uğrunda mübarizə aparan xalqı dəstəkləməkdir”.

# 2193
avatar

Oxşar yazılar