Ağcabədidə pambıq sahəsini susuz qoyan həbs olunub.
Lent.az xəbər verir ki, hadisə Təzəkənd kəndində qeydə alınıb.
48 yaşlı Məzahir İslamov (şərti adla) pambıq sahəsinə su vermək üçün artezianı söndürüb. Hadisə yerinə gələn polis əməkdaşları suyun bərabər şəkildə bölündüyünü Məzahirə bildiriblər. Protokola əsasən, lakin o, buna məhəl qoymayaraq, səs-küy salıb və polisin qanuni tələbinə məhəl qoymayıb. Nalayiq ifadələr işlədib və artezianın suyunu kəsib. Bundan sonra o, polis şöbəsinə aparılaraq, barəsində inzibati protokol tərtib olunub.
Məhkəmənin qərarı ilə M. İslamov 8 gün müddətinə inzibati qaydada həbs olunub.