Dəhlizi bəzəyəndə  edilən SƏHVLƏR   – Məsləhət
08 may 2024 15:57 (UTC +04:00)

Dəhlizi bəzəyəndə edilən SƏHVLƏR – Məsləhət

Mənzillərdə və evlərdə koridorlara daxili dizayn baxımından nadir hallarda fikir verilir. 

Lent.az xəbər verir ki, mənzilin dəhlizinin bəzədilməsinə xüsusi diqqət edilməlidir. 

Tanınmış dizayner Yuliya Tuçino bizə koridor bəzəyərkən hansı səhvlərdən qaçınmaq lazım olduğunu açıqlayıb.

İşıqlandırma

Uzun və dar bir dəhliz zəif işıqlandırılsa, bura bir növ dərəyə bənzəyər. Ona görə işıqlandırmaya xüsusi diqqət yetirilməlidir. Divarlarda şkaf, güzgü, rəsm və digər dekorasiyaları əlavə etməklə dəhlizə xüsusi aura qata bilərsiniz. 

Divarlar

Koridordakı divarlar etibarlı şəkildə parlaq çalarlarla rənglənməlidir. Bu evin enerjisini daha yüksək etməyə kömək edəcək. Divarlardan birində naxışlı divar kağızı istifadə edə bilərsiniz. Bu məkanı daha dinamik və təsirli edəcəkdir.

Zibil qutusu

Burada xizək, velosiped və ya digər idman avadanlıqları, eləcə də lazımsız əşyalar saxlamamalısınız. Həmçinin, zibil saxlamaq üçün şkaflar və rəflər tikməməli, dar dəhlizdə çəkməcəli sandıqlar qoymamalısınız.

Güzgülər

Güzgülərin faydalı məlumdur. Hər evdən hazırlaşıb çıxanda özümüzə baxmaq xoşdur. Ancaq bu güzgülərtəkcə bunun üçün deyil, həm də məkanı vizual olaraq genişləndirmək və daha parlaq etmək üçün əlavə bir fürsətdir.
 

# 2523
avatar

Sevinc Fərid

Oxşar yazılar