Güzgü seçəndə   nələrə diqqət etməliyik?
15 aprel 2024 16:35 (UTC +04:00)

Güzgü seçəndə nələrə diqqət etməliyik?

Güzgü mənzil interyerin ən vacib elementlərindən biridir. Belə ki, güzgü öz əksimizi görməklə yanaşı, həm də otağın sahəsini və nisbətlərini vizual olaraq dəyişdirmək kimi əlavə funksiyalara malikdir. Ancaq bəzən güzgü seçimində də müəyyən səhvlər edirik. 

Lent.az xarici mediaya istinadən düzgün güzgü seçimi üçün bir neçə məsləhəti təqdim edir: 

Güzgü formasını seçərkən, onun otağın üslubu və otaqdakı digər əşyalarla birləşməsini nəzərə almalısınız.

Məsələn, böyük şkafları olan bir otaq üçün qapıların formasını izləyən düzbucaqlı və ya uzun güzgülər daha uyğundur. 

“Rokoko” və ya “Barok” üslubunda olan interyerlərdə forma deyil, çərçivə daha vacibdir, eblə olan halda zərif, bükülmüş, qızıl və ya bürünc boyalı modelləri seçməlisiniz. 

Hamar xətləri olan mebelli bir otaqda kəskin küncləri olmayan oval və ya dəyirmi güzgü yaxşı görünəcək. 

Yüksək texnologiyalı üslub üçün qeyri-adi, futuristik formaları olan məhsullar uyğun gəlir, bu da orijinallıq əlavə edəcək və məkanı ahəngdar şəkildə tamamlayacaq. 

Müasir interyerlər tez-tez divarda bir kompozisiyaya birləşdirilən müxtəlif formalı güzgüləri əhatə edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3144
avatar

Sevinc Fərid

Oxşar yazılar