Bakıda dəhşətli hadisə: 40 yaşlı qadın diri-diri yandı
09 avqust 2012 11:01 (UTC +04:00)

Bakıda dəhşətli hadisə: 40 yaşlı qadın diri-diri yandı

0
Avqustun 9-na keçən gecə Bakı şəhərində dəhşətli intihar hadisəsi baş verib. 5 saylı şəhər xəstəxanasından Lent.az-a verilən məlumata görə, Səbail rayonunun Bayıl qəsəbəsi, Buxta küçəsi 71 ünvanından 1972-ci il təvəllüdlü Bayramova Sevda Sabir qızı ağır dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya daxil olub. Lakin çox keçmədən qadın keçinib.

Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, 40 yaşlı S.Bayramova saat 02:30 radələrində üzərinə benzin tökərək özünə od vurub. Hadisə ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Qadının hansı səbəbdən özünü yandırması məlum deyil.

Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 832

Oxşar yazılar