Masallıda təhlükəli anlar
14 avqust 2012 14:20 (UTC +04:00)

Masallıda təhlükəli anlar

0
Bu gün Masallı rayonunun Seybətin kəndi ərazisində yerləşən “Doğuş Petrol” MMC-yə məxsus yanacaqdoldurma stansiyasında yanğın hadisəsi baş verib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, “KamAZ” markalı yanacaqdaşıyan avtomobil içərisində olan təxminən 32 ton yanacağı (A-92 markalı benzin) yeraltı çənə boşaldan zaman yanğın olub. Nəticədə, 4 ton yanacaq yanıb, xəsarət alan olmayıb.

Yanacağın qalan hissəsi və stansiyanın ərazisində olan yeraltı yanacaq çənləri yanğından mühafizə olunub. Yanğın saat 11:52-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3981

Oxşar yazılar