Bakıda sərnişin avtobusu daha bir faciəvi qəza törətdi
16 avqust 2012 10:55 (UTC +04:00)

Bakıda sərnişin avtobusu daha bir faciəvi qəza törətdi

0
Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Qara Qarayev prospekti 74 ünvanının qarşısında 1992-ci il təvəllüdlü Babayev Novruzxan Baba oğlu idarə etdiyi “Daewoo” markalı, 10 TA 012 nömrə nişanlı sərnişin avtobusu ilə piyadanı vurub.

İritutumlu avtobusun vurduğu 40-45 yaşlı kişi hadisə yerindəcə keçinib. Hazırda ölən şəxsin şəxsiyyətinin müəyyən edilməsi istiqamətində iş aparılır.

Faktla əlaqədar Nizami RPİ-də cinayət işi başlanılıb, araşdırma aparılır.

Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2955

Oxşar yazılar