Bakıda avtomobil alışıb yandı: ölən və yaralanan var
03 sentyabr 2012 14:00 (UTC +04:00)

Bakıda avtomobil alışıb yandı: ölən və yaralanan var

0
Bu gün Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonunda “Mercedes” markalı minik avtomobili beton maneəyə çırpılması və yanması ilə bağlı məlumat daxil olub. Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, xilasetmə qüvvələri, o cümlədən Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, sürücü və 1 nəfər sərnişin hadisə yerində ölüb, 1 nəfər sərnişin yaralanıb, avtomobilin yanar hissələri isə tamamilə yanıb. Yaralı xəstəxanaya aparılıb.

Yanğın saat 03:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3604

Oxşar yazılar