Dünya bu gün
10 oktyabr 2012 08:00 (UTC +04:00)

Dünya bu gün

0
1789. Fransız həkim Qilyotin öz bədnam ölüm maşınını dövlətə təqdim edib. Sonradan bu ixtiranın təyinatı dəyişdirilərək sənayedə geniş tətbiq edilib

1813. İtalyan bəstəkar Cüzeppe Verdi anadan olub

1913. Panama kanalı istifadəyə açılıb

1918. Azərbaycan Demokratik Respublikası Bakı şəhər İdarəsinin tərkibində Bakı Yanğın Komandası təsis edilib. Prezidentin 5 oktyabr 2002-ci il tarixli sərəncamı ilə bu gün yanğınsöndürənlərin peşə bayramı kimi qeyd edilir

1918. Antanta və ABŞ Sovet Rusiyasına qarşı iqtisadi blokada tətbiq edib

1921. İlk İraq - Britaniya sazişi imzalanıb

1933. ABŞ-da ilk dəfə yuyucu toz satışa çıxarılıb

1935. Şair Şəkər Aslan anadan olub

1937. General Zaur Rzayev anadan olub (vəfatı 29 yanvar 2010)

1939. Görkəmli ərəbşünas alim Aida İmanquliyeva anadan olub

1963. Yerin təkində, suda və havada nüvə sınaqlarının qadağan edilməsinə dair saziş imzalanıb

1963. Fransız müğənnisi Edit Piaf vəfat edib

1963. Türk müğənni Hülya Avşar anadan olub

1967. Kosmik fəzadan istifadə haqqında saziş imzalanıb

1997. Avropa Şurası üzvü olan ölkələrin dövlət və hökumət başçılarının 2-ci zirvə toplantısı Strasburqda keçirilib

2003. Hüquq müdafiəçisi, Güney Azərbaycandan olan Şirin Əbadi Nobel mükafatı alıb

2007. GÜAM çərçivəsində Azərbaycan, Gürcüstan, Moldova Respublikası və Ukrayna prezidentləri Strasburqda Birgə Kommünike imzalayıb

2009. İsveçrənin Sürix şəhərində Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasına dair protokollar - "Diplomatik münasibətlərin təsis olunması protokolu” və “İkitərəfli əlaqələrin inkişaf etdirilməsi protokolu" imzalanıb.

Günün aforizmi

“Bir bahar gedir, o biri gəlir. Hər şey dəyişir və hər şey də olduğu kimi qalır”.

Edit Piaf
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1029

Oxşar yazılar