Astarada dəhşətli qəza: 2 ölü, 2 yaralı
0
0
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə Ələt-Astara yolunun 295-ci kilometrliyində “VAZ” markalı minik avtomobili və “MAN” markalı yük avtomobilinin toqquşması barədə məlumat daxil olub.
Qəza nəticəsində hər iki avtomobil deformasiyaya uğrayıb, “VAZ” markalı minik avtomobilində olan 2 nəfər sərnişin xəsarət alıb və xəstəxanaya aparılıb. Həmin avtomobilin sürücüsü 1989-cu il təvəllüdlü Abıyev Azad Ataxan oğlu və sərnişini 1985-ci il təvəllüdlü Məmmədov Sahib Bəşir oğlu isə hadisə yerində vəfat edib. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış cəsədləri çıxarıb və aidiyyəti üzrə təhvil verib.