Baş Prokurorluq Gülər Əhmədova ilə bağlı xəbəri təkzib etdi
10 oktyabr 2012 12:21 (UTC +04:00)

Baş Prokurorluq Gülər Əhmədova ilə bağlı xəbəri təkzib etdi

0
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Lent.az-ın sorğusuna cavab olaraq bildirib ki, sabiq millət vəkili Gülər Əhmədovanın evində axtarış aparılması barədə yayılmış məlumatlar həqiqətə uyğun deyil: “Gülər Əhmədovanın evində axtarış həyata keçirilməyib və bu məlumat tərəfimizdən təkzib olunur”.

Qeyd edək ki, Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev sentyabr ayında Gülər Əhmədovanın da görüntüləndiyi və səsinin olduğu video-kadrları internetdə yerləşdirib. Audio və videoyazılarda dələduzluğun, yəni etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmənin əlamətləri olduğundan həmin məlumatların hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmək məqsədilə çoxsaylı təxirəsalınmaz istintaq və istintaq-əməliyyat tədbirlərinin keçirilməsinin zəruriliyini nəzərə alaraq toplanmış material üzrə Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi başlanıb. Dünən Milli Məclisin sabiq deputatı Gülər Əhmədova Bakı şəhər Prokurorluğunda dindirilib.

Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3016

Oxşar yazılar