Bir günün gəlini özünü niyə asdı? – TƏFƏRRÜAT
Bu gün Ağcabədi rayonunda baş vermiş intihar hadisəsinin bəzi məqamları məlum olub. Lent.az-ın əldə etdiyi məlumata görə, Ağcabədi rayonunun Yuxarı Qiyamadınlı kəndində dünən keçirilmiş toy mərasimindən sonra 1989-cu il təvəllüdlü Hüseynova Gülnarə Pərvaz qızı gərgin psixoloji sarsıntı səbəbindən özünü öldürüb.
Məlumata görə, 23 yaşlı G.Hüseynova təxminən 1 ay əvvəl sevdiyi oğlana qoşularaq Bakıdan Ağcabədiyə, rayon mərkəzindən təxminən 40-45 kilometr uzaqda yerləşən Yuxarı Qiyamadınlı kəndinə qaçıb. Geridə qalan müddət ərzində qızın valideynləri onu bağışlamayıb, onlar dünən keçirilən toy mərasiminə də gəlməyiblər. Buna baxmayaraq G.Hüseynovanın qardaşları bacılarının qərarı ilə razılaşıblar, ona cehiz alıblar. Qızın qardaşları ilə yanaşı xalaları da Ağcabədidəki toyda iştirak edib. Lakin gəlinin valideynləri toy günü edilən zənglərə də baxmayaraq gənclərə xeyir-dua verməyib. Nəticədə 23 yaşlı G.Hüseynova toyunun sabahısı günü, sübh-tezdən özünü elə gəlin otağında asıb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb. Araşdırmalar davam etdirilir.
Nizam RZA

Oxşar yazılar

Tərtərdə zəlzələ baş verdi
18 avqust 2025 , 20:59
Fransa qəyyumluğu valideynlərdən alınan azərbaycanlı uşaqları Almaniyaya qaytardı
18 avqust 2025 , 19:37
Rusiyada tanınmış azərbaycanlı iş adamı Yusif Xəlilov həbs edildi
18 avqust 2025 , 19:29
Göyçayda evdən meyit tapıldı
18 avqust 2025 , 19:05
Şəhidlər Xiyabanında qeyri-etik videolar çəkən turistlər həbs edildi - YENİLƏNİB
18 avqust 2025 , 17:55
Psixoloq Nilufər Abdullanın ölümü ilə bağlı araşdırmalara başlandı
18 avqust 2025 , 16:57
Bakı polisi bu kişini axtarır
18 avqust 2025 , 16:16