Türkiyədə azərbaycanlı iş adamı girovluqdan qaçıb
Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, topdan çanta satışı ilə məşğul olan Asəf Əliyev adlı iş adamı ticarət əlaqələri qurduğu bir nəfərin dəvəti ilə 5 gün əvvəl tətil üçün Antalyaya gedib. Asəf Əliyev otelə yerləşib və 3 gün əvvəl Göksel G. ilə yeməyə çıxıb, bir daha geri qayıtmayıb. Asəf Əliyevin ailəsinə iş adamının qaçırıldığı bildirilib və azadlığa buraxılması üçün ailəsindən 60 min dollar istənilib. Asəf Əliyev isə saxlanıldığı bir dağ kəndindəki evdən bağlı əllərini və ayaqlarını açaraq qaçmağa nail olub. İş adamı bir müddət meşədə gizlənib, sonra isə Alaniyanın Asmaca kəndinə gələrək bir kəndlidən yardım istəyib.
Kəndli jandarma müraciət edib və Asif Əliyev müayinədən keçirildikdən sonra jandarm şöbəsinə gətirilib. Asəf Əliyevin ifadəsi əsasında Göksel G. və Erhan O. saxlanılıb. Onlar iifadələrində Asəf Əliyevlə aralarında borc məsələsi olduğunu söyləyib, onu qaçırmadıqlarını iddia ediblər. Göksel G. və Erhan O. prokurorun təlimatı ilə sərbəst buraxılıb. Araşdırma aparılır.

Oxşar yazılar
Həmkəndlisinə avtomatdan atəş açan qazi həbs edildi
4 avqust 2025 , 00:15
Bakı–Quba yolunun kənarında yanğın - VİDEO
3 avqust 2025 , 23:04
Xaçmazda meşə yanır
3 avqust 2025 , 20:04
Tərtərdə şəhidin qardaşı boğuldu, 3 nəfər xilas edildi-YENİLƏNİB
3 avqust 2025 , 19:49
Gədəbəydə ağır qəza-Ölənlər və yaralananlar var
3 avqust 2025 , 19:09
Bakıda itkin sayılan 20 yaşlı qadın polisə belə deyib...
3 avqust 2025 , 17:27
Külək dam örtüyünü avtomobillərin üzərinə aşırdı
3 avqust 2025 , 16:16