Bakının mərkəzindəki ticarət mərkəzində faciə: ölən var
11 oktyabr 2012 11:47 (UTC +04:00)

Bakının mərkəzindəki ticarət mərkəzində faciə: ölən var

0
Bakı şəhərinin Nəsimi rayonu ərazisində ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Nəsimi rayon Polis İdarəsi, 22-ci Polis Bölməsindən Lent.az-a verilən məlumata görə, metronun “28 May” stansiyasının əsas girişinin yaxınlığında yeni istifadəyə verilmiş “28 May” ticarət mərkəzində 45 yaşlı kişini elektrik cərəyanı vurub. Məlumata görə, mərkəzdəki mağazalardan birində təmir işləri zamanı 1967-ci il təvəllüdlü Quliyev Mübariz İsfəndiyar oğlunu elektrik cərəyanı vurub. M.Quliyev hadisə yerində dünyasını dəyişib.

Faktla əlaqədar araşdırmalar başlanılıb.


Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2268

Oxşar yazılar