Zərdabda qəza: 1 ölü, 3 yaralı
12 oktyabr 2012 22:40 (UTC +04:00)

Zərdabda qəza: 1 ölü, 3 yaralı

Bu gün axşam saatlarında Zərdab - Ağcəbədi yolunun Zərdab rayonunun Pərvanlı kəndindən keçən hissəsində bir nəfərin ölümü, 3 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol – nəqliyyat hadisəsi baş verib.


APA-nın yerli bürosunun xəbərinə görə, “Mercedes” markalı minik maşını ilə VAZ – 21014 markalı minik maşını toqquşub.

Nəticədə ”VAZ – 21014”in sürücüsü və ”Mercedes” markalı maşında olan 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılardan 2 nəfər Ağcəbədi rayon xəstəxanasına, ikisi isə Zərdab Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Zərdab Mərkəzi Rayon Xəstəxanasından verilən məlumata görə, xəstəxanaya yerləşdirilənlər Ağcəbədi rayon sakini, 1980 –cı il təvəllüdlü Cəfərov Yasən Famil oğlu və Zərdab rayonunun Sarıqaya kənd sakini, 1973 – cü il təvəllüdlü Abbasov Aqşin Firudin oğludur.

Y. Cəfərova ilkin tibbi yardım göstərildikdən sonra o, evə buraxılıb. A. Abbasov isə Ucar Mərkəzi Rayon Xəstəxanasına göndərilib. O, Ucar Mərkəzi Rayon Xəstəxanasında dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.
# 859

Oxşar yazılar