Qızı döydülər, başını qırxdılar və telefona çəkdilər
12 oktyabr 2012 23:07 (UTC +04:00)

Qızı döydülər, başını qırxdılar və telefona çəkdilər

Bakıda gənc qızın göz yaşı içərisində anlatdıqları Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarını sarsıdıb. Qızın danışdıqları əsasında polis əməkdaşları dərhal əməliyyat keçirərək, 3 nəfəri saxlayıblar.

“Mən istədiyim oğlanın telefonuna gec cavab verdim. Həmin hadisədən sonra məni maşına mindirib dəniz kənarına apardılar. Orada istədiyim oğlanla bərabər onun iki dostu mənə işgəncə verdilər. Döydülər, saçlarımı qırxdılar. Bütün bu işgəncələri isə mobil telefona çəkdilər”. Bunu işgəncəyə məruz qalan 22 yaşlı K.M. idafəsində bildirib.

Binəqədi Rayon Polis İdarəsindən bildirilib ki, K.M-nın sevgilisi olan Cahangir Dövlətov Naxçıvandan Bakıda yaşayan qızın mobil telefonuna zəng edib. Qız isə onun telefon zənginə gec cavab verib. Bundan əsəbləşən Cahangir Bakıya gələrək, qıza yenidən zəng edib və görüşə çağırıb.

C. Dövlətov hazırladığı planı həyata keçirmək üçün xalası oğlu Xalid Əkbərovla birlikdə tanışı Ayxan Zəngiyevin maşını ilə qızı görüş təyin etdiyi yerdən götürərək, dəniz kənarına gətirib. Burda K. M-nı döyərək, ona işgəncələr verib. Bununla da hirsi soyumayan “sevgili” qızın başını qırxıb.

O və dostları bu kadrları telefonlarının yaddaşında da “əbədiləşidiriblər”.

Polis əməkdaşları hadisəni törətdiyi bildirilən C. Dövlətovu, onun xalası oğlu Xaliq Əkbərovu və digər iştirakçı Ayxan Zəngiyevi saxlamaq üçün yaşadıqları eve gəliblər. Gənclər polisə bıçaqla müqavimət göstərsələr də, zərərsizləşdirilərək, polis bölməsinə gətirilib və saxlanılıblar.

milli.az
# 9742

Oxşar yazılar