Uşaqların TV-yə çox  baxması xəstəliklər yaradır
14 oktyabr 2012 02:12 (UTC +04:00)

Uşaqların TV-yə çox baxması xəstəliklər yaradır

Psixoloq Aric Sigman uşaqlara televiziyaya baxmaq saatlarının azaldılmasını, 3 yaşdan kiçik olanların onu izləməsinin qadağan edilməsini bildirib.

Lent.az-ın «Hadertürk»-ə istinadən məlumatına görə, o, həm də televiziyanın «elektron dayə» olduğunu vurğulayıb.

İngiltərədə çalışan bu psixoloqun qənaətincə, uşaqlara tətbiq ediləcək, belə qadağalar onların sağlamlığına müsbət təsir göstərir.

O, əlavə edib ki, uşaqlar evdə kompüterin monitoru, cib telefonları və bu kimi elektron qurğuların təsirinə məruz qalırlar. Həkim hesab edir ki, bu səbəbdən də qadağalar tətbiq edilməyəndə o zaman diabet, ürək xəstəlikləri və sağlıqla bağlı başqa problemlər ortaya çıxa bilər. Bundan başqa adı çəkilən qurğular uşaqlara diqqəti azaldır, onlarda psixoloji problemlər yaradır.
# 990

Oxşar yazılar