ABŞ-da işdən  ən çox dekabrda yayınırlar
14 oktyabr 2012 03:19 (UTC +04:00)

ABŞ-da işdən ən çox dekabrda yayınırlar

Bu il ABŞ-da əhalinin hər üç nəfərindən biri azı bir dəfə xəstələndiyini bəhanə gətirməklə, işdən yayınıb. Bu məlumatı dünən Amerikanın internet- portalı «CareerBuilder» yayıb.

Aparılan araşdırmalar nəticəsində bəlli olub ki, işdən yayınlar arasında rəyi soruşulanların 16 faizi əslində yatıb, 34 faizi sadəcə "işləmək" istəmədiyini bildirib, 29 faizi istirahət edib, yorğunluğunu çıxarıb, 15 faizi hansısa təcili işinin ardınca gedib, 22 faizi isə həqiqətən həkimə yollandığını xəstəliyə səbəb kimi göstərib.

"CareerBuilder» bildirib ki, yalan bəhanələrlə işdən yayınmaq istəyənlər isə ehtiyatlı olmalıdırlar. Çünki işəgötürənlərin 30 faizi əməkdaşının həqiqətən xəstə olub-olmadığını yoxlamaq üçün ya ona zəng edir, ya da xəstəlik vərəqəsi təqdim etməsini istəyir. Rəislərin 17 faizi etiraf edib ki, belə yalanlara görə qulluqçuları işdən azad ediblər.

Araşdırmalardan aydın olub ki, işdən ən çox dekabrda yayınırlar.Çünki bu ay adamlar yeni il alış-verişini işdən üstün tuturlar.
# 574

Oxşar yazılar