Müğənninin qəzaya düşməsi ilə bağlı rəsmi məlumat yayıldı
0
0
Lent.az-ın nazirliyin rəsmi saytına istinadən verdiyi məlumatda deyilir ki, oktyabrın 13-də saat 16.20 radələrində Şəmkir rayonunun Zəyəm qəsəbəsi ərazisində, Xəyyam Əliyevin idarə etdiyi "Niva", Tovuz rayon sakini Şəbnəm Əsədovanın idarə etdiyi "İnfiniti" və Sahib Məmmədovun idarə etdiyi "VAZ-21013" markalı avtomaşınlar toqquşublar. Nəticədə xəsarət alan Xəyyam Əliyev və Şəbnəm Əsədova xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağırdır.
Qeyd edək ki, Şəbnəm Əsədova qərb bölgəsində tanınmış müğənnidir. Şəbnəm Tovuzlu təxəllüsü ilə çıxış edən müğənni bir çox mahnıların müəllifidir.
Faktla bağlı araşdırma aparılır.
Jalə
Qeyd edək ki, Şəbnəm Əsədova qərb bölgəsində tanınmış müğənnidir. Şəbnəm Tovuzlu təxəllüsü ilə çıxış edən müğənni bir çox mahnıların müəllifidir.
Faktla bağlı araşdırma aparılır.
Jalə
0
0