MUM-da brilyant oğurlayan qadın “iş başında” tutuldu
15 oktyabr 2012 13:41 (UTC +04:00)

MUM-da brilyant oğurlayan qadın “iş başında” tutuldu

0
Oktyabrın 13-də Səbail rayonu ərazisində Mərkəzi Univermaqda oğurluğa cəhd edilib. Lent.az-ın məlumatına görə, Bakı şəhər sakini Yaqut Dadaşovaya məxsus mağazadan 1 ədəd brilyant üzüyü oğurlamağa cəhd göstərmiş şəhər sakini Rəna Kazımova Baş Mühafizə İdarəsinin əməkdaşları tərəfindən tutulub. R.Kazımova sonrakı araşdırmalar aparılması üçün Səbail RPİ 9-cu PB-yə təhvil verilib.

Ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun cari ilin sentyabr ayının 23-də Mərkəzi Univermaqda, Fidan Hacıyevaya məxsus mağazadan da 1 ədəd üzük oğurlaması da müəyyən edilib.

Araşdırmalar davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2032

Oxşar yazılar