Bakını şoka salan 15 yaşlı qızın aqibəti - TƏFƏRRÜAT
0
0
Bakıda evdən qaçmış 15 yaşlı qızın olayı ilə bağlı bəzi məqamlar aydınlaşıb. Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Qaradağ rayonunun Qobustan qəsəbəsində yaşayan 15 yaşlı S.B. sentyabrın 20-də evdən internet vasitəsilə tanış olduğu 27 yaşlı Dadaşov Qalib Mirzəmməd oğlunun yanına qaçıb.
Məlumata görə, 1985-ci il təvəllüdlü Dadaşov Qalib Mirzəmməd oğlu Neftçala rayon sakinidir. O, S.B ilə internetdə tanışlıq saytlarından birində tanış olub. Qızla bir müddət yazışıb-danışdıqdan sonra cütlük Bakıda görüşmək və birgə yaşamaq qərarına gəliblər. Q.Dadaşov Bakıya gəlib və İçərişəhərdə, Firdovsi küçəsində mənzil kirayələyib. O, mənzili bulvara yaxın olduğuna görə məhz İçərişəhərdə seçib. S.B ilə görüşdükdən sonra onlar bu mənzilə gəliblər və təxminən 20 gün müddətində ər-arvad kimi yaşayıblar. Bu müddət ərzində S.B-nın ailəsi qızı axtarışa verib. Cütlük dənizkənarı bulvarda gəzişdiyi vaxt polis əməkdaşlarının diqqətini cəlb edib və onlar bölməyə gətiriliblər.
S.B ilkin ifadəsində bildirib ki, onunla bu müddət ərzində Q.Dadaşovdan başqa bir oğlan da cinsi münasibətdə olub. Q.Dadaşov da qızla cinsi münasibətdə olduğunu gizlətməyib. O ifadəsində qeyd edib ki, S.B-nın yetkinlik yaşına çatmamasından xəbəri olmayıb.
Məsələ ilə bağlı müvafiq ekspertizalar da təyin olunub. Məlum olub ki, həqiqətən yeniyetmə qızın bakirəliyi pozulub. Hazırda qız atasının evindədir. Onunla qısa müddətlik “evlənən” Q.Dadaşov isə məhkəmə tərəfindən həbs edilib.
Toplanmış materiallar “əsas hadisə”lərin məhz Səbail rayonu ərazisində baş verdiyindən bu rayonun hüquq-mühafizə orqanlarına göndərilib.
Araşdırmalar davam etdirilir.
Nizam RZA