London Şotlandiyanın müstəqilliyi referendumuna razıdır
16 oktyabr 2012 07:49 (UTC +04:00)

London Şotlandiyanın müstəqilliyi referendumuna razıdır

0
Britaniyanın baş naziri Devid Kemeron və Şotlandiyanın birin naziri Aleks Salmond arasında müqavilə imzalanıb.

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, onlar 2014-ci ilə Şotlandiya ərazisinin müstəqilliyi ilə bağlı nəzərdə tutulmuş referendumun reqlamentini razılaşdırıblar.

Anlaşmaya əsasən, bülletendə bir suala iki cavab - «hə» və «yox» olacaq.

Salmondun başçılıq etdiyi hakim Şotlandiya Milli Partiyası Londonun etirazlarına baxmayaraq, 1934-cü ildən bəri müstəqilliyi təbliğ edir.

O, bildirib ki, bu siyasi kampaniya şotlandların ingilislərlə Bannoskbur savaşının 700-ü ilində keçiriləcək.

İngiltərədə üç siyasi partiya Şotlandiyanın müstəqilliyinə qarşı çıxaraq, «Birlikdə daha güclüyük» prinsipini müdafiə edirlər.

Referendumda 16 və 17 yaşlılara bülletenin verilməsi məsələsini yaxın aylarda Edinburqda parlament müəyyənləşdirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 891

Oxşar yazılar