Qurban bayramı öncəsi Beyləqanda çoxlu qoyun oğurlanıb
0
0
Beyləqan rayon sakini Qurbanov Hümbət Məhəmməd oğlu rayon Polis Şöbəsinə müraciət edib. Şöbədən Lent.az-a verilən məlumata görə, H.Qurbanov bildirib ki, onun İkinci Aşıqlı kəndindəki təsərrüfatından 69 baş qoyun və 1 baş keçi oğurlanıb.
Polis fakt üzrə əməliyyat-axtarış tədbirlərinə başlayıb. Araşdırmalar aparılır.
Qeyd edək ki, bir neçə gün sonra ölkədə Qurban bayramı qeyd ediləcək. Bayram günlərində diri xırdabuynuzlu heyvanların qiyməti bahalaşır.
Nizam RZA