Qubada 80 yaşlı kişini vəhşicəsinə döydülər
17 oktyabr 2012 12:30 (UTC +04:00)

Qubada 80 yaşlı kişini vəhşicəsinə döydülər

0
Oktyabrın 16-da Quba rayonunda 80 yaşlı kişi vəhşicəsinə döyülüb. Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Mirzəqışlaq kəndində Mirqasım Babayev həmkəndlisi 80 yalı Nurəhməd Məmmədovu döyüb. Ahıl kişi ağır bədən xəsarətləri alıb və rayon xəstəxanasına yerləşdirilib. Həkimlər 80 yaşlı N.Məmmədovun vəziyyətinin ağır olduğunu bildiriblər.

Hadisəni törətmiş M.Babayev tutulub. Fakt üzrə cinayət işi açılıb. Onun hanı səbəbdən 80 yaşlı kişini döyməsi araşdırılır.


Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1999

Oxşar yazılar