Sevinc Babayeva işdən uzaqlaşdırılıb
18 oktyabr 2012 10:58 (UTC +04:00)

Sevinc Babayeva işdən uzaqlaşdırılıb

0
Bunu APA-ya açıqlamasında Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Əlikram Əliyev deyib. O bildirib ki, ötən gün, yəni oktyabrın 17-də Sevinc Babayevanın kitabxana direktoru vəzifəsindən uzaqlaşdırılıb: “Biz qanuna uyğun olaraq, son günə qədər gözlədik. Sevinc Babayevanın bir illik müqavilə müddəti bitdi və işinə xitam verildi. Bu qərar onun işindəki qüsurlarla əlaqədardır”.

Ə.Əliyev deyib ki, M.Ə.Sabir adına kitabxanaya yeni direktor təyinatı olmayıb. Bu vəzifə müvəqqəti olaraq kitabxananın şöbə müdiri Zemfira Əsgərovaya həvalə olunub. Kitabxanaya yeni rəhbər təyinatının nə zaman olacağı hələ məlum deyil.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3304

Oxşar yazılar