Baş nazirin pişiyi maliyyə nazirinin pişiyini döydü: işə polis qarışdı - FOTO
18 oktyabr 2012 11:20 (UTC +04:00)

Baş nazirin pişiyi maliyyə nazirinin pişiyini döydü: işə polis qarışdı - FOTO

0
Britaniyanın baş naziri Devid Kemeronun pişiyi “Larri” ilə maliyyə naziri Corc Osbornun pişiyi “Freya” dalaşıb. Lert.az-ın “Vzqlyad” qəzetinə istinadən verdiyi məlumata görə, Britaniya hökumətinin iqamətgahı yerləşən Dauninq-strit, 10-da siçantutan “işləyən” “Larri” bir qədər əvvəl necə deyərlər, görəvdən alınmışdı. Bunun da əsas səbəbi 5 yaşlı “Larri”nin son bir ildə vur-tut bircə siçanı zərərsizləşdirə bilməsi idi.
Çox zəif işləyən “Larri”ni yerinə isə maliyyə naziri Osbornun pişiyi “Freya” gətirilmişdi. Məlumata görə, “Larri” “Freyanın” saraydakı ağalığını qəbul edə bilməyib. Və nəhayət dünən onu əməllicə döyüb.

Qəzetin yazdığına görə, dalaşan pişikləri həmin vaxt yaxınlıqda növbədə olan polislər güclə aralaya biliblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2801

Oxşar yazılar