Sərhəddə optik nişangahlar tutuldu
Dövlət Gömrük Komitəsi Mətbuat Xidmətindən Lent.az-a verilən məlumata görə, bu günlərdə Rusiya-Azərbaycan sərhədində “KAMAZ 53212” markalı, M 435 KU 05/AA 7394 05 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinə Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunda gömrük baxışı həyata keçirilib.
Baxış zamanı avtomaşını idarə edən Rusiya Federasiyası vətəndaşı Kamilov Maqomed Batsiloviç avtomaşında beş çantada geyim əşyaları, ərzaq məhsulları və bir də avtomaşının ehtiyat hissələrinin olduğunu bəyan edib. Lakin baxış zamanı bu çantalarda olan geyim əşyalarının və ərzaq məhsullarının arasından bəyan olunmayan 100 ədəd “Pilad P 4 x 32 L”, 100 ədəd “Pilad P 4 x 32” markalı optik nişangahlar və 198 ədəd optik nişangahların rezin gözlükləri aşkar olunaraq götürülüb.
Faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində təhqiqat aparılır.

Oxşar yazılar

Atasının traktorundan yıxılıb təkərin altında can verdi
16 avqust 2025 , 18:29
Müğənni Rəqsanə HƏBS OLUNDU - Yarım milyonluq DƏLƏDUZLUQ
16 avqust 2025 , 18:10
Şəkidə maşın ağaca çırpıldı, ana və 2 uşağı yaralandı
16 avqust 2025 , 16:58
Balakəndə DƏHŞƏT: camış sahibini vurub öldürdü
16 avqust 2025 , 16:43
Bakıda nömrəsiz və "miqalka"lı "Opel" sürücüsü həbs olundu - VİDEO
16 avqust 2025 , 16:34
Atasının dalaşdığını görən uşaq qəfil öldü
16 avqust 2025 , 15:46
Narkotik çəkib polisə tabe olmadı, həbs olundu
16 avqust 2025 , 15:09