“Embawood”un əməkdaşı dəhşətli intihara əl atdı – TƏFƏRRÜAT
Bu gün Bakı şəhərində dəhşətli hadisə baş verib. Hüquq-mühafizə orqanlarından Lent.az-a verilən məlumata görə, Xətai rayon, NZS qəsəbəsi Aşıq Qurban küçəsi ev 21 ünvanında yaşayan 1987-ci il təvəllüdlü Misirxanov Anar Məhəmməd oğlu səhər saatlarında üstünə benzin tökərək özünü yandırıb. Hadisə yerinə 6 saylı Təcili Tibbi Yardım Stansiyasının briqadası gəlib. 25 yaşlı gənc bütün bədəni yanmış halda 5 saylı şəhər xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, A.Misirxanovun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə A.Misirxanovun ailə üzvlərinin gözü önündə baş verib. Gəncin anası hadisədən sarsılıb və ona tibbi yardım göstərilib.
Verilən digər məlumata görə, özünü yandıraraq intihar edən gənc “Embawood” şirkətində işləyirmiş. Faktla əlaqədar araşdırmalar aparılır.
Nizam RZA

Oxşar yazılar

Atasının traktorundan yıxılıb təkərin altında can verdi
16 avqust 2025 , 18:29
Müğənni Rəqsanə HƏBS OLUNDU - Yarım milyonluq DƏLƏDUZLUQ
16 avqust 2025 , 18:10
Şəkidə maşın ağaca çırpıldı, ana və 2 uşağı yaralandı
16 avqust 2025 , 16:58
Balakəndə DƏHŞƏT: camış sahibini vurub öldürdü
16 avqust 2025 , 16:43
Bakıda nömrəsiz və "miqalka"lı "Opel" sürücüsü həbs olundu - VİDEO
16 avqust 2025 , 16:34
Atasının dalaşdığını görən uşaq qəfil öldü
16 avqust 2025 , 15:46
Narkotik çəkib polisə tabe olmadı, həbs olundu
16 avqust 2025 , 15:09