Urmiyada azərbaycanlılara qarşı soyqırımın kütləvi məzarlığı aşkarlanıb
İranın Qərbi Azərbaycan vilayətinin mərkəzi Urmiya şəhərində kütləvi məzarlıq tapılıb. Urmiyada yaşayan soydaşlarımızdan APA-ya daxil olan məlumata görə, «15 Xordad» adlı məktəbə yenisini inşa etmək üçün 75 illik köhnə binası uçurdulub.
Qazıntılar zamanı qədim dövrə aid əşyalar, kəhriz və 4 metr dərinliyi olan quyularda kütləvi məzarlıq aşkar edilib. Şəhər ağsaqqallarının bildirdiyinə görə, məktəb binasının yeri bir vaxtlar “Qara sandıq” adlı qəbiristanlığın ərazisi olub.
Verilən məlumata görə, əraziyə arxeoloqlardan ibarət tədqiqat qrupu göndərilib. Məzarlığa ilkin baxış keçirən arxeoloq Rza Heydəri bildirib ki, sümüklərin altındakı küllər və bəzi yanmış sümüklər onların quyuda yandırıldığını və ya yandırıldıqdan sonra basdırıldığını deməyə əsas verir.
Şəhər əhalisi həmin məzarlığın 1918-ci ildə ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş “Cilovluq” adlı soyqırımın qurbanlarına aid olduğu fikrindədir
Qeyd edək ki, 1918-ci ilin martında əsasən ermənilər və assurilər Xoy, Salmas və Urmiya və Qərbi Azərbaycan əyalətinin başqa şəhərlərində kütləvi qırğınlar törədərək, 130 mindən çox Azərbaycan türkünü qətlə yetiriblər.

Oxşar yazılar

Rano Şaripova Azərbaycanda həbs edildi
5 avqust 2025 , 15:01
Ana və azyaşlı övladını maşın vurub öldürdü
5 avqust 2025 , 13:06
Polisdən qaçmaq üçün dənizə tullandı, görün sonra nə oldu
5 avqust 2025 , 12:58
Jurnalistin atasını öldürən intihara cəhd etdi
5 avqust 2025 , 12:11
Xocalıda yanğına səbəb olan TUTULDU
5 avqust 2025 , 11:52
SƏS YAZISI YAYILDI, direktor işdən çıxarıldı
4 avqust 2025 , 21:57
Bakıda itkin düşən 20 yaşlı qadın tapıldı-YENİLƏNİB
4 avqust 2025 , 21:34