Salyanda ağır qəza: 1 ölü, 10 yaralı
20 oktyabr 2012 13:38 (UTC +04:00)

Salyanda ağır qəza: 1 ölü, 10 yaralı

APA-nın yerli bürosunun məlumatına görə, yol qəzası bu gün saat 11.00 radələrində Salyan-Neftçala magistral yolunun 8-ci kilometrliyində, Salyan rayonunun Ərəbqardaşbəyli kəndində qeydə alınıb. Salyan şəhər sakini, 43 yaşlı Mübariz Allahqulu oğlu Ələkbərov “Raf” markalı mikroavtobusla Salyan istiqamətində hərəkət edərkən əks istiqamətdə gələn “Jiquli” markalı maşınla toqquşub. Qəza nəticəsində hər iki maşın yararsız hala düşüb.

“Jiquli” maşınının sürücüsü, Neftçalanın Aşağı Surra kənd sakini Mirağa Mirəsgər oğlu Əsgərov hadisə yerindəcə keçinib, 10 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Xəsarət alanlardan Alimə Xəlilova, Zərxanım Dadaşova, Tünzalə Əbilova, Səmayə İsa qızı, Ruhiyyə İsmayılova, Minurə Əbilova, Faiq Mehdiyev, Əzizağa Mehdiyev və Cəlal İsmayılov təcili olaraq Salyan rayon mərkəzi xəstəxanasına aparılıblar.

Qəzanın səbəbləri məlum deyil, faktla bağlı araşdırma aparılır.
# 1984

Oxşar yazılar