Hacıqabulda avtomobil piyadaları vurub
21 oktyabr 2012 04:37 (UTC +04:00)

Hacıqabulda avtomobil piyadaları vurub

Azərbaycanın Hacıqabul rayonunda avtomobil piyadaları vurub, bir nəfər ölüb, digəri isə ağır yaralanıb.

Bu barədə APA-nın Mİl-Muğan bürosuna yol patrul xidmətinin əməkdaşı Muradi Aqil məlumat verib. Onun bildirdiyinə görə, hadisə Bakı-Qazax avtomobil yolunun 92-ci kilometrliyində Hacıqabulun Atbulaq kəndi ərazisində qeydə alınıb. Hacıqabul rayonunun Abdulabad kənd sakini 49 yaşlı Qədirov Səfər Ağaqulu oğlu idarə etdiyi “Mersedes” markalı 10 VT 884 dövlət nömrə nişanlı avtomobillə yolun ehtiyat hərəkət hissəsində dayanan piyadaları vurub.

Yaralılar Atbulaq kənd sakinləri 53 yaşlı Balakişiyev Rasim Aprel oğlu və 4 yaşlı Balakişiyev Ömər Mətləb oğlu Şirvan mərkəzi xəstəxanasına yerləşdirilmişdir.

Həkimlərin səyinə baxmayaraq yaralılardan biri Balakişiyev Rasim Aprel oğlunun həyatını xilas etmək mümkün olmayıb. Digər yaralı 4 yaşlı Ömərin vəziyyəti ağır olduğundan Bakı şəhərinə göndərilib.

Faktla bağlı BDYP idarəsinin istintaq şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
# 1608

Oxşar yazılar

Göygöldə yeniyetmə ÇAYDA BATDI  -VİDEO -YENİLƏNİB

Göygöldə yeniyetmə ÇAYDA BATDI -VİDEO-YENİLƏNİB

19 may 2024 , 01:59
Gəncədə velosiped oğruları  saxlanıldı

Gəncədə velosiped oğruları saxlanıldı

18 may 2024 , 23:26
Sumqayıtda mənzildən qadın meyiti  tapıldı

Sumqayıtda mənzildən qadın meyiti tapıldı

18 may 2024 , 22:39
Şəkidə iki maşın  TOQQUŞDU:   Bakı sakinləri yaralandılar

Şəkidə iki maşın TOQQUŞDU: Bakı sakinləri yaralandılar

18 may 2024 , 20:14
Zaqatalada avtomobil ağaca çırpıldı,  yaralanan var

Zaqatalada avtomobil ağaca çırpıldı, yaralanan var

18 may 2024 , 20:01
Zakir Həsənov polkovniki işdən çıxardı

Zakir Həsənov polkovniki işdən çıxardı

18 may 2024 , 19:18
Azərbaycanda məktəbli qız özünü öldürdü

Azərbaycanda məktəbli qız özünü öldürdü

18 may 2024 , 18:53
SON DƏQİQƏ:  Bakıda gənc oğlan özünü asdı

SON DƏQİQƏ: Bakıda gənc oğlan özünü asdı

18 may 2024 , 18:20