Faiq Ağayev danışdı
Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Orxan Mansurzadə məlumat verib.
Onun sözlərinə görə, bu gün istintaq qrupunun müstəntiqləri xalq artistinin müalicə olunduğu Klinik Tibbi Mərkəzə gedərək Faiq Ağayevin və onunla birgə bıçaqlanan Ramin Bayramov və Azər Musayevin ifadəsini alıblar. Hər üç zərərçəkən ifadələrində təqsirləndirilən şəxslərin dediklərinin təkzib ediblər. Onlar ötən gün məhz bu cinayətdə adı hallanan üç nəfərin hücumuna məruz qaldıqlarını, təhqir olunduqlarını və nəticədə çoxsaylı bıçaq xəsarətləri aldıqlarını bildiriblər.
Qeyd edək ki, xalq artisti Faiq Ağayevi bıçaqlamaqda təqsirləndirilən Rüfət Məlikov ilkin dindirilmə zamanı münaqişənin müğənninin avtomobilinə yol verməmək üstündə baş verdiyini bildirib: “Münaqişə mən maşınımla gedən zaman yol verməmək üstündə baş verdi. Heç ona yol verməyə imkan da yox idi. Ona görə də maşını sürməyə davam etdim. Bu zaman maşını yanıma sürüb, saxlatdırmaq istəyirdilər. Cangüdənlər məni söyürdü. Onlara əhəmiyyət verməyib evimizə getdim. Lakin onların hirsi soymayıb dalımca qapımıza qədər gəldilər. Onlar maşından düşən kimi məni təhqir edib, söyməyə başladılar. Faiq cangüdənlərinə göstəriş verdi ki, bunları tapdalayın, ağıllansınlar. Yanımda olan xalaoğlum və bir qız qorxularından həyətə qaçmışdılar. Faiq Ağayev onları həyətdən sürüyə-sürüyə bayıra çıxartdırdı və bizi vurmağa başladılar. Mən də müdafiə olunmaq üçün cibimdə olan yağ bıçağını çıxarıb onları vurdum”.
Rüfət Məlikov, həmçinin törətdiyi əməldən peşman olmadığını və bu addımı özünü müdafiə məqsədilə atdığını bildirib. Hadisənin digər iştirakçısı olan Seymur Məmmədov və Natəvan Şərifova da ifadələrində Rüfət Məlikovun dediklərini təsdiqləyiblər.
O. Mansurzadə həmçinin məlum hadisə ilə bağlı cinayət işinin 126.2.1, 126.2.4 və 221.3 maddələri ilə başlanan cinayət işinin həmin məcəllənin 126.2.1, 126.2.4, 221.2.1 və 221.3 maddələrinə tövsif edildiyini qeyd edib. Hadisənin digər iştirakçısı Seymur Məmmədov da dünən könüllü şəkildə polisə təslim olub. O, Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilinərək məsuliyyətə cəlb edilib. Hər iki şəxs barəsində sabah Nəsimi rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbirinin seçilməsi gözlənilir.

Oxşar yazılar

Lənkəranda qadın qətlə yetirildi-Əri şübhəli sayılır-YENİLƏNİB
24 avqust 2025 , 12:19
“Sədərək” ticarət mərkəzində yanğın başladı-YENİLƏNİB-VİDEO
24 avqust 2025 , 12:15
Lənkərana qonaq gələn qadın faciəvi şəkildə öldü
24 avqust 2025 , 10:52
Zaur Məhərrəmov 87 yaşında vəfat etdi
24 avqust 2025 , 01:32
Gəncədə işıq dirəyi aşdı, yeniyetməni "tok" vurdu
23 avqust 2025 , 23:03
Beyləqan sakini ot tayasından yıxılıb öldü
23 avqust 2025 , 22:11
Gəncədə DƏHŞƏT: oğul 60 yaşlı atasını bıçaqladı
23 avqust 2025 , 21:35