“Şəfa” stadionunun qarşısında ölümlə nəticələnən qəza
29 sentyabr 2010 11:36 (UTC +04:00)

“Şəfa” stadionunun qarşısında ölümlə nəticələnən qəza

0
Bakının Nizami rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Nizami Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Heydər Əliyev prospektində, “Şəfa” stadionun qarşısında 20 yaşlı Cahandar Fuad oğlu Feyzullayev idarə etdiyi “VAZ 2107” markalı avtomobillə piyada 51 yaşlı Fərzəli Vələd oğlu Məmmədovu vurub.


Fərzəli Məmmədov 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Yaralı xəstəxanada keçinib.

Vüqar Baba
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 984

Oxşar yazılar