Sərxoş halda arvadı, oğlu və qohumunu bıçaqladı
04 oktyabr 2010 13:05 (UTC +04:00)

Sərxoş halda arvadı, oğlu və qohumunu bıçaqladı

Bu barədə APA-ya Nəsimi rayon Polis İdarəsindən məlumat verilib.

Hadisə ötən gecə baş verib. Nəsimi rayon sakini Aftandil Həsənov sərxoş halda həyat yoldaşı, 47 yaşlı Nigar Həsənovanı, övladı 15 yaşlı Əbdüləli Həsənzadəni və qohumu Xuraman Hacıyevaya bıçaqla xəsarət yetirib. Yaralılar ağır vəziyyətdə xəstəxanaya yerləşdiriliblər.

Hadisəni törədən A. Həsənov isə qaçaraq məsuliyyətdən yayınıb. Hazırda polis onun tutulması istiqamətində əməliyyat tədbirlərini davam etdirir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 729

Oxşar yazılar