Dövlət sənədlərini saxtalaşdıran qadın tutulub
24 dekabr 2010 10:34 (UTC +04:00)

Dövlət sənədlərini saxtalaşdıran qadın tutulub

Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Səbail rayon Polis İdarəsi və 9-cu Polis Bölməsinin apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində Sərfinaz Zeynalova yaxalanıb.


O, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddəsi ilə axtarışda olub.


Sərfinaz Zeynalovanın başqa cinayət əməllərinin olub-olmadığı araşdırılır.


Nizam Rza
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 617

Oxşar yazılar