Amerikalılar “Facebook”u son 10 illiyin ən mühüm texnoloji nailiyyəti sayırlar
ABŞ əhalisinin 24 faizi son 10 illikdə müasir cəmiyyətə daha çox təsir göstərən texnologiyanın internetə yüksəksürətli çıxış olduğu qənaətindədir.
Lent.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, “Zogby International” şirkətinin sosioloqlarının apardığı sorğunun nəiəcsi bunu göstərib.
Sorğuda ABŞ-ın həddi-buluğa çatmış 1 950 sakini iştirak edib. Respondentlərin cavablarına uyğun olaraq tərtib olunmuş siyahının ikinci pilləsində yüksəksürətli internetdən bir qədər geri qalan “Facebook” sosial şəbəkəsi yer alıb. Bu il “Facebook”un istifadəçi bazası 500 milyonu keçib. Sorğu iştirakçılarının 22 faizi bu sosial şəbəkənin onilliyin ən əhəmiyyətli texnoloji nailiyyəti olduğunu hesab edir.
İlk üçlüyün sonunda 10 faiz səslə “Google” axtarış sistemi gəlir. Yüksəksürətli internet müasir həyatın ən əvəzolunmaz texnoloji vasitəsi haqqında sualda da birinci yerdə olub. Respondentlərin 28 faizi həyatlarını yüksəksürətli internetsiz təsəvvür etmir. Sorğu iştirakçılarının 18 faizi özləri üçün ən əvəzolunmaz texnoloji vasitə kimi elektron poçtu, 3 faizi isə “Facebook”u qəbul etdiklərini bildiriblər. Bununla belə, sonuncu göstərici əsasən 18-24 yaş arasında olan gənclər arasında yüksəkdir. Onların 15 faizi bu sosial şəbəkədə ünsiyyəti özləri üçün son dərəcədə vacib hesab edir.

Oxşar yazılar

Xaçmazda kişi dənizdə batdı
18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR
18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu
18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü
18 iyul 2025 , 19:15
Maşın çaya düşdü, 4 prokurorun meyiti tapıldı
18 iyul 2025 , 18:17
12 supermarketdə narkotik tərkibli banan tapıldı
18 iyul 2025 , 17:48
Rayon polis idarəsinin rəisi HƏBS OLUNDU
18 iyul 2025 , 17:05