Azərbaycan, Türkiyə və İran XİN başçıları İstanbulda görüşüb
İstanbulda Azərbaycan, Türkiyə və İran xarici işlər nazirləri Elmar Məmmədyarov, Əhməd Davudoğlu və Əli Əkbər Salehi arasında üçtərəfli görüş olub.
APA-nın Türkiyə müxbirinin məlumatına görə, görüş İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin dövlət və hökumət başçılarının zirvə toplantısı çərçivəsində baş tutub. Görüşdən sonra tərəflər birgə bəyanatla çıxış ediblər. Bəyanatda qeyd olunub ki, xarici işlər nazirləri ölkələr arasında tarixi, mədəni, iqtisadi, dostluq münasibətlərini, regionda və qlobal dünyada sülhün təmin olunması, bölgədə silah, narkotik və insan ticarətinə qarşı mübarizə tədbirləri, dondurulmuş münaqişələrin dövlətlərin ərazi bütövlüyü çərçivəsində həllinə dair müzakirələr aparıblar.
Qərara alınıb ki, nazirlər mütəmadi görüşlər keçirərək bölgədəki məsələlərin həllinə dair müzakirələr aparsınlar.
Növbəti görüşün İranda keçirilməsi qərara alınıb.

Oxşar yazılar

Xaçmazda kişi dənizdə batdı
18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR
18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu
18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü
18 iyul 2025 , 19:15
Maşın çaya düşdü, 4 prokurorun meyiti tapıldı
18 iyul 2025 , 18:17
12 supermarketdə narkotik tərkibli banan tapıldı
18 iyul 2025 , 17:48
Rayon polis idarəsinin rəisi HƏBS OLUNDU
18 iyul 2025 , 17:05