Bacısını öldürmək istəyən şəxs 12 il iş aldı
24 dekabr 2010 19:22 (UTC +04:00)

Bacısını öldürmək istəyən şəxs 12 il iş aldı

0
Lent.az-ın xəbərinə görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Hökmə əsasən, F. Xəlilov 12 il müddətinə azadlıqdan məhrum edilib.


Qeyd edək ki, sentyabrın 2-də saat Astara şəhər sakini, 1988-ci il təvəllüdlü Fərhad Beytulla oğlu Xəlilov qısqanclıq zəminində bacısı, 1984-cü il təvəllüdlü Gülnarə Beytulla qızı Xəlilovanın bədəninin müxtəlif nahiyələrinə 18 bıçaq zərbəsi vurmaqla onu ağır yaralayıb.

F. Xəlilov ifadəsində bacısını əxlaqsız hərəkətlərinə görə öldürmək istəyində olduğunu bildirib.

O, Cinayət Məcəlləsinin 29.120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham olunub.

Şəhriyar Əlizadə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 598

Oxşar yazılar