Bakıda aeroportda sərnişin ölüb
25 dekabr 2010 11:13 (UTC +04:00)

Bakıda aeroportda sərnişin ölüb

0
Xəzər Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə bu gün səhər saat 09.00 radələrində qeydə alınıb. Bakı-Naxçıvan reysinin sərnişini, 60 yaşlı Anna Mehdiyevanın halı uçuşdan öncə qəfil pisləşib. Hadisə yerinə təcilli yardım çağırılsa da, A. Mehdiyevanı xilas etmək mümkün olmayıb.

Mərhumun ürək tutmasından öldüyü ehtimal edilir. Lakin ölümün dəqiq səbəbləri tibbi ekspertizanın rəyindən sonra məlum olacaq.

Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 542

Oxşar yazılar