Şahdağ Milli Parkı yanır
Şahdağ Milli Parkının Qəbələ rayonu ərazisindəki meşə massivi yanır.
Rayon Dövlət Yanğından Mühafizə Hissəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, Qəbələnin Tikanlı və Solquca kəndləri arasındakı meşədə baş verən yanğın üç gündür, davam edir. Yüksək dağlıq ərazidə qeydə alınan yanğının söndürülməsi üçün texnikanın köməyindən istifadə etmək mümkün deyil. Ərazidə yalnız əl əməyindən istifadə olunur.
Hadisə yerinə FHN-in şimal-qərb regional mərkəzinin xilasediciləri, rayon yanğından mühafizə hissəsinin, meşə mühafizəsi və bərpası müəssisəsinin 100-ə yaxın əməkdaşı, ətraf kəndlərin sakinləri cəlb olunub. Təxminən 2 hektar ərazidə ağac, xəzəl və kol-kos yanıb. Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Oxşar yazılar

Xaçmazda kişi dənizdə batdı
18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR
18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu
18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü
18 iyul 2025 , 19:15
Maşın çaya düşdü, 4 prokurorun meyiti tapıldı
18 iyul 2025 , 18:17
12 supermarketdə narkotik tərkibli banan tapıldı
18 iyul 2025 , 17:48
Rayon polis idarəsinin rəisi HƏBS OLUNDU
18 iyul 2025 , 17:05