
Zaqatala dağlarında yanğın başlayıb
0
0
Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala Yanğından Mühafizə İdarəsinin rəis əvəzi Hüseyn Şıxıyev məlumat verib. Onun sözlərinə görə, yanğın Zaqatalanın Sabunçu kəndi yaxınlığında, dəniz səviyyəsindən 1500 metr hündürlükdə, Cuma Hacı zirvəsində meydana gəlib. Həmin ərazi sıldırım qayalıqdan ibarət olduğundan yanğın baş verən ərazini nəzarətə götürmək mümkün deyil. Yanğın 15 hektar ərazini əhatə edir. H. Çıxıyev bildirib ki, hazırda rayon Yanğından Mühafizə Xidmətinin əməkdaşları və yerli sakinlər gözləmə mövqeyindədir və yanğının söndürmək üçün çıxış yolları axtarır.
0
0