6 yaşlı uşağı vurub qaçan sürücü yaxalandı
30 dekabr 2010 12:35 (UTC +04:00)

6 yaşlı uşağı vurub qaçan sürücü yaxalandı

0
Lent.az-ın məlumatına görə, hadisə Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, ev 37-nin qarşısında baş verib. Xəsarət alan piyada xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti orta ağırdır.


İlkin əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Mercedes” markalı avtomobilin sürücüsü Razik Əbilov tərəfindən törədildiyi müəyyənləşib. Sürücü yaxalanıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 550

Oxşar yazılar