Günün tarixi
03 yanvar 2011 00:20 (UTC +04:00)

Günün tarixi

0
E.ə. 106. Romalı natiq Siseron anadan olub

1496. Leonardo da Vinçi ilk dəfə uçun aparatı sınaqdan keçirib, lakin sınaq uğursuz olub

1501. Martin Lüter katolik kilsəsindən xaric edilib

1501. Özbək şairi Əlişir Nəvai vəfat edib

1804. General Sisyanovun rəhbərlik etdiyi rus qoşunu Gəncə qalasına hücuma keçib. Qeyri-bərabər döyüşdə Gəncə xanlığının qoşunu məğlub olub

1815. Avstriya, İngiltərə və Fransa Prussiya və Rus İmperiyasına qarşı ittifaq yaradıb

1868. Yaponiyada imperator üsul idarəsinin bərpa edilməsi barədə manifest imzalanıb

1905. Rusiyada məşhur Putilov zavodunda tətillər başlayıb

1924. İngilis arxeoloqlar Misir fironu Tutanxamonun sərdabəsini aşkar edib. Tabut isə təqribən 2 ay sonra açılıb

1925. Benito Mussolini İtaliyada qeyri-məhdud hakimiyyət əldə edib

1925. Sovet lideri Lev Trotskinin bütün səlahiyyətləri əlindən alınıb

1934. SSRİ-də təyyarələrin radarla aşkar edilməsinə dair sınaqlar uğurla həyata keçirilib

1945. Türkiyə Yaponiya ilə diplomatik münasibətləri kəsib

1959. Batista rejiminin tərəfdarlarının sonuncu qruplaşması təslim olub. Kubada inqilab qələbə çalıb

1961. ABŞ Kuba ilə əlaqələri kəsib

1962. Roma papası Fidel Kastronu kilsədən kənar elan edib

1977. “Apple” şirkəti təsis edilib

1991. Azərbaycan Milli Müdafiə Şurası buraxılıb, Dövlət Müdafiə Komitəsi təşkil edilib.

Günün aforizmi

“Basqı altında olan ölkədə heç ölülər də məzarda rahat yata bilmirlər”.

Kastronun Kuba xalqına müraciətindən
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 815

Oxşar yazılar