Günün tarixi
04 yanvar 2011 00:20 (UTC +04:00)

Günün tarixi

0
1493. Xristovor Kolumb Yeni Dünyandan (Amerika qitəsi) ayrılaraq Avropaya yola düşüb

1643. İssak Nyuton anadan olub

1797. Napoleon Avstriya qoşunu üzərində qələbə çalıb

1804. Gəncə hökmdarı Cavad xan və oğlu şəhid edilib (Bu hadisə Ramazan ayına təsadüf edib)

1809. Gözdən əlillər üçün əlifbanın yaradıcısı fransız pedaqoq Lui Brayl anadan olub

1914. Üzeyir Hacıbəyov Peterburq konservatoriyasına qəbul edilib

1915. Birinci Dünya Müharibəsi: Sarıqamış əməliyyatında rus qoşunu Osmanlı ordusunun 9-cu korpusunu bütövlükdə əsir alıb. Mətbuata qoyulan senzura nəticəsində əhali bu məğlubiyyətdən çox gec xəbər tutub

1919. Qırmızı Ordu Riqanı işğal edib

1932. Cəlil Məmmədquluzadə Bakıda vəfat edib

1942. Amerikanın “Times” jurnalı sovet lideri Stalini “İlin adamı” elan edib

1946. Aktyor Rafael Dadaşov anadan olub

1948. Birma müstəqillik əldə edib

1980. Sovet ordusunun Əfqanıstana müdaxiləsinin ardından ABŞ prezidenti Cimmi Karter Moskvada keçiriləcək Olimpiya oyunlarını boykot etdiyini açıqlayıb

1981. Gəncə Texnologiya İnstitutu açılıb

1990. Pakistan tarixində ən ağır dəmir yol qəzası nəticəsində 285 nəfər həlak olub, 400 nəfər xəsarət alıb

1996. Qadın problemləri üzrə dövlət komitəsi yaradılıb

2003. Prezident Heydər Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının statusu haqqında fərman verib

2004. Gürcüstanda “məxməri inqilab” başa çatıb, Mixail Saakaşvili prezident seçilib

Günün aforizmi

"Şəhəri verməyə gəlincə, bu niyyətindən çəkin, çünki bu olan iş deyil. Sən Gəncəyə yalnız mənim meyitimin üzərindən girə bilərsən. Başa düşürsənmi? Ancaq mən öləndən sonra, başqa heç cür".

Cavad xanın general Sisyanovun ultimatumuna cavabı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 474

Oxşar yazılar