Bakıda 15 yaşlı Rusiya vətəndaşı yoxa çıxıb
04 yanvar 2011 10:45 (UTC +04:00)

Bakıda 15 yaşlı Rusiya vətəndaşı yoxa çıxıb

0
Binəqədi rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, 7-ci mikrorayona ailəsi ilə birgə qonaq gəlmiş Rusiya Federasiyası vətəndaşı, 1995-ci il təvəllüdlü Dalqatov Əhməd Məhəmməd oğlu evdən çıxıb və bir daha geri qayıtmayıb.

15 yaşlı yeniyetmə bayram günlərində yoxa çıxsa da, bu barədə polisə məlumat yanvarın 3-də daxil olub. Hazırda hüquq-mühafizə orqanları Ə.Dalqatovun axtarışlarını davam etdirir.

Onun oğurlanması ehtimalı da istisna olunmur.

Nizam Rza
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 462

Oxşar yazılar