
Ermənilər əsgərimizi yaralayıblar
0
0
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, yanvarın 6-da saat 08.15 radələrində Ermənistan Silahlı Bölmələrinin Ağdam rayonunun Mərzili kəndi ərazisindən mövqelərimizə atəş açılıb. Nəticədə 2010-cu ilin yanvar ayında Qaradağ Rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılmış əsgər, 1991-ci il təvəllüdlü Hüseynov Ülvi İftixar oğlu döş nahiyəsindən və sağ qolundan yaralanıb. Əsgərimizin vəziyyəti ağırdır.
Düşmən cavab atəşi ilə susdurulub.
Düşmən cavab atəşi ilə susdurulub.
0
0