
Atəşkəs bir neçə istiqamətdə pozulub
0
0
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri yanvarın 6-da saat 20.00-dan 20.35-dək Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Qaralar kəndi ərazisində yerləşən mövqelərimizi, saat 09.15-dən 09.25-dək Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 20.00-dan 20.35-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
0
0